azia.az
azia.az

"Əhali yoxsullaşacaq, işsizlik və miqrasiya artacaq"

3-04-2022, 18:25

"Əhali yoxsullaşacaq, işsizlik və miqrasiya artacaq"
"Rus rublunun bahalaşması kağızdadır, bu rəsmilərə uçot və hesabat, eləcə də xaricilərlə hesablaşmaq üçün lazımdır. Əslində rus bankları fiziki olaraq dollar satmır, heç bir bankdan rəsmi olaraq qeyd olunan kursla dollar almaq mümkün deyil. Əgər dollar satılmırsa onun rublla məzənnəsinin necə olmasının nə məna kəsb edir? Siz rublunuzu banka aparıb rəsmi kursla dollara dəyişə bilərzsinizmi, bildiyim qədər yox, çünki satışda fiziki olaraq dollar yoxdur. Əgər mümkündürsə gedin, rublu dollara dəyişin. Rusiya öz mallarını rublla MDB coğrafiyasından kənarda satmaqda böyük çətinliklərlə qarşılaşacaq, Qərb buna getməyəcək, Çinlə və Türkiyə ilə milli valyutalarla ticari əməliyyatlar qismən aparıla bilər. Bu da rublu böhrandan çıxara bilməyəcək".



Xəbərə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.



Q.İbadoğlu qeyd edib ki, Rusiyada müxtəlif qara bazarlar yaranacaq, nəğd dövriyyə artacaq, gizli iqtisadiyyatın miqyasları böyüyəcək: "Bir müddətdən sonra özəl və dövlət müəssisələrinin əmək haqqı ödənişlərində gecikdirmələr müşahidə olunacaq. Amma mən demirəm ki, Rusiyada aclıq olacaq, səfalət olacaq. Rusiyanın əksər əhalisi mövcud olanlarla kifayətlənəcək, bir sözlə, yeni situasiyaya adaptasiya olacaq və çəmini tapıb yaşayacaqlar, sadəcə, dəyişən o olacaq ki, supermarketlər, univermaqlar əvvəlki kimi piştaxtalarını müxtəlif çeşidlərlərlə doldura bilməyəcək, getdikcə minimarketlərə və butiklərə çevriləcək, əhali rusiya daxilində xaricə deyil, Şərqdən Qərbə, Qərbdən də Şərqə səfər edəcək, valyutası olanlar da istirahətə Türkiyəyə, Çinə, Taylanda, Misirə, Orta Asiyaya və Qafqaza gedəcəklər. Əhali yoxsullaşacaq, işsizlik və miqrasiya artacaq, rusların özləri də kənarda pul qazanmaq üçün ölkəni tərk edəcəklər. Orda yaşayan qeyri-rusların əksəriyyəti vətəninə dönmək məcburiyyətində qalacaq".



Nadir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi