Məşhur azərbaycanlı milyonçu koronavirusdan vəfat etdi - FOTO
Yakutiyanın məşhur "Almaz" mağazalar şəbəkəsinin sahibi, biznesmen, əfsanəvi Mətləb İbadov koronavirusdan vəfat edib.
Azia.az xəbər verir ki, İbadov 1978-ci ildən Yakutiyada yaşayıb işləyirdi. O, sovet dövründə ilk dəfə "Studençeskiy" mağazasını açmışdı.
Yakutiyanın ən böyük alkoqol topdan satış şəbəkəsinin və "Alaas" yol tikintisi şirkətinin sahibi idi.
O, heç vaxt mətbuata müsahibə verməmişdi.
Mətləb İbadov Yakutiyanın böyük patriotu hesab edilirdi və əhali üçün böyük işləri ilə tanınırdı.