azia.az
azia.az

"Aprelin sonlarında karantindən tam şəkildə çıxa bilərik" - DEPUTATDAN AÇIQLAMA

1-04-2022, 15:43

"Aprelin sonlarında karantindən tam şəkildə çıxa bilərik" - DEPUTATDAN AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma müşahidə olunur. Yoluxma sayı artıq ikirəqəmliyə düşüb. İnsanlar hesab edirlər ki, ölkədə koronavirusun kökü kəsildiyi üçün bütün məhdudiyyətlər ləğv olunmalıdır. Üstəlik maskadan imtina etməyin artlq vaxtının çatdığı deyilir.

Yenisabah.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, insanlar artıq maskada gəzməkdən sıxılıblar:

“2 ildir maskada gəzib-dolaşmaqla çətinlik çəkirlər. Lakin fikrimcə, ən son imtina edəcəyimiz şey maskadır. Karantin rejimi tam qurtarandan sonra maskanı ləğv etmək olar. Bir də peyvənd vurdurmanı qətiyyən ləngitmək olmaz”.

Deputatın sözlərinə görə, aprel ayının sonlarında karantin rejimi tam bitə bilər:

“Artıq karantin rejimi yumşalıb. Aprel ayının sonlarında karantindən tam şəkildə çıxa bilərik. Maska isə qalacaq. Məlum olduğu kimi, qapalı məkanlarda maska tələb olunur. Açıq məkanlarda könüllüdür.

Yoluxma sıfıra düşsə, ondan sonra qapalı məkanlarda maska ləğv oluna bilər. İnsanlar tələsməsin. Unutmayaq ki, bizi virusdan qoruyan birinci şey vaksin, ikinci maskadır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi