Kişilər bu qadınlara gözüyumulu aşiq olurlar,onların ayaqlarına belə düşməyə hazırdırlar!
QOÇ
Qoç qadını bir kişidən qorunmağı, güdülməyi gözləməz. O, həyatında öz yolunda gedən güclü bir qadındır. Bu yolda ona yoldaşlıq edəcək, özü kimi güclü bir yoldaş istər. Ona təqdim edəcəyiniz romantik bir axşam yeməyi, təbii gözəlliklər içində istirahət etmə təsisində tətil təkliflərinə isti baxmaz. Birlikdə izləyəcəyiniz bir basket matçı və ya Bungy-jumping nümayişinə isə qaçaraq gəlir. Şəfqət və sevgi yerinə ehtiras və cinsiliyi seçər. Özü kimi aktiv, güclü və azad kişiləri sevər. Bir idman qarşılaşmasında komandanın as oyunçususanız və, o da tamaşaçılar arasında isə mütləq sizə aşiq olacaq. Qarşı qoya bilməyəcəyi təklif: «Paraşütlə atlama kurslarına gedirəm, sən də gəlirsənmi?»
Buğa
Buğa bürcündən qadın əvvəl eşq və sevgi istər. Sonra isə heç şübhəniz olmasın ki «pul» deyəcək. O, həyatın gözəlliklərindən ola bildiyincə faydalanmaq istəyən həyat dolu bir qadındır. Bunun üçün də tez və ya geç pulun lazımlı olacağını bilər. Çalışqandır, birlikdə olduğu kişinin də çalışqan olmasını istər. Onun üçün birlikdə qazanılan sərvət, birlikdə dadılacaq gözəlliklərdir. Təbiəti, heyvanları, uşaqları və bu zövqləri də onunla paylaşacaq kişiləri çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: «Akşamki dəvətdən əvvəl bir zərgərə getmək istəyirsən?»
ƏKİZLƏR
Ekizlər qadını davamlı eyni adamla eyni dam altında yaşayarkən görmək çətindir. Buna görə qısqanc bir kişilə əsla birlikdə ola bilməz. Onun kiçik xırda eşqbazlıqlarına göz yumacaq biri ilə rahatlayar. Bu, onun üçün bir oyundur. Bu oyunu onunla paylaşacaq kişilərə dərhal maraq duyar. Bunun yanında özü ilə uzun uzun danışıb müzakirə edəcək ağıllı və mədəni kişilərə də xeyr deməz. Çünki bu ağıllı qadının davamlı beyin gimnastikası etməsi lazımdır. Ruhu hər yaşda gənc qaldığı üçün orta yaşlarında gənc kişilərlə birlikdə olmağı sevər. Ömür boyu səyahət və eşqbazlıq edə biləcək bir kişiyə xeyr deməz. Qarşı qoya bilməyəcəyi təklif: «Bu həftə sonu mənsiz bir tətilə gedərsən?»
XƏRÇƏNG
Xərçəng qadını, bir kişidən; əvvəl özünə, sonra da uşaqlarına ata olmasını gözləyər. Ailəsinə və evinə düşkündür. Bu mövzularda hörmət və anlayış gözləyər. Sevdiyi kişini evində görməkdən xoşlanar. Yaxşı bir aşçıdır. Problemlərini öz başına həll edə biləcək qədər güclü olmasına qarşı ona yol göstərmənizdən xoşlanar. Laqeydlik edilməyə dözümü yoxdur. Əks halda başqa limanlara sığına bilər. Kiçik kaprislərinə göz yumsanız sizi daha çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: «Bu axşam evdə qalıb dadlı bir yemək yeyəkmi?»
ŞİR
Şir bürcünün qadını bir kişidən əvvəl hörmət gözləyər. O bir kraliçadır. Tənqid olunmaqdan nifrət edər. Nəzakətlərə isə huşunu itirər, xüsusilə başqalarının yanında olsa! Onu çadırla səyahət etməyə və ya təvazökar bir restauranta aparmağa çalışmayın. O, hər şeyin möhtəşəm olmasını istər. Müvəffəqiyyəti sevər, müvəffəqiyyətli kişiləri də… Utancaq və romantik kişilərdən xoşlanmaz. Onun sevgisindən əvvəl hörmətini qazansanız sizə aşiq olması uzun sürməz. Qarşı qoya bilməyəcəyi təklif: "Şəhərin ən hörmətli və gözəl restoranında bu axşam yer ayırtdım. Mənə yoldaşlıq edərsənmi?"
QIZ
Qız bürcü üçün hər kişi həll edilməsi lazım olan bir hadisədir. Buna görə özünüzü dərhal ələ verməməniz lazımdır. Sizi tanımağı nə qədər uzun zaman alsa o qədər uzun müddət birlikdə olarsınız. Ona boşuna özünüzü izah etməyə çalışmayın. O, sizin heç bilmədiyiniz yönlərinizlə məşğul olar və qısa müddətdə özünüzü psixoloq kürsüsündə hiss etmənizə gətirib çıxarar. Qız bürcü ilə birgə olacaq kişilərin hər şeydən əvvəl ağıllı olmaları lazımdır. 24 saat birlikdə olsanız da sizə məktub yaza bilər. Bu oyuna qatılıb məktublarına cavab yazarsanız ömür boyu yazışacağınızdan şübhəniz olmasın. Qarşı qoya bilməyəcəyi təklif: (Yazıb göndərsəniz daha təsirli olar.) «Bir şahmat oyunu oynayaqmı?
TƏRƏZİ
Tərəzi qadını uyğun bir birlik istər. Birlikdə olacağı kişinin xarakteri, ailə quruluşu, təhsil səviyyəsi, boyu, kilosu özünə uyğun olsun istər. Əgər uzun boyludursa siz də orta boylu, bu, onun üçün problem təşkil edər. Futbol matçı seyr edərkən qışqırıb çağıran, danışarkən səsini yüksəldən kişilərə dözüm edə bilməz. Özünə uyğun olduğunu düşündüyü kişilə dərhal evlənmək istəyə bilər. Çünki onun üçün uyğun birlik evlilik deməkdir. Sənətçi və ya sənətə maraq duyan kişiləri sevər… Qarşı qoya bilməyəcəyi təklif: „Mənimlə evlənərsənmi?"
ƏQRƏB
Əqrəb qadını ehtiraslıdır. Bir kişidən çox çox şey gözləməz. Səhvləriylə, qüsurlarıyla sevməyi bilər. Dözər, görməzlikdən gəlir. Amma xəyanəti heç bir zaman bağışlamaz. Əqrəb qadını ilə birgə olan kişi şanslıdır. Çünki başqa heç bir qadın onu bu qədər sevə bilməz. Şanssızdır. Çünki onu aldatsa ömür boyu sevilmədən yaşar. Qarşı qoya bilməyəcəyi təklif: „Səndən başqa heç bir qadının olmadığı bir adada yaşamaq istəyərsən?"
OXATAN
Ana diliniz, doğulduğunuz ölkə fərqlidirsə bir Oxatan qadınıyla bərabərsiniz deməkdir. Oxatan qadınları xarici kişiləri sevər. İdmançıları da… Çünki möhkəm başın möhkəm bədəndə olduğunu bilər. Böhranların, dərin problemlərin adamısanız yanına yaxınlaşmayın. Qısqanc kişilərə dözüm edə bilməz. Çünki sizinlə bərabərkən başqa bir kişi yoldaşı ilə səyahətə gedər, başqa niyyət güdmədən. Azadlığını məhdudlaşdıracaq olsanız ən son görüşməniz telefonla beynəlxalq əlvida görüşməsi olar. Sizdən qaça bilmək üçün mümkün olan ən uzaq ölkəyə getmişdir. Qarşı qoya bilməyəcəyi təklif: „öz yolunla gedə bilərsən."
OĞLAQ
Oğlaq qadını ilə birgə olmaq üçün gözləməniz lazımdır. Ehtimalla o da sizi uzun zamandır gözləyir amma bunu dərhal bildirməz. Tələsik etsəniz qaçar. Sizi tanıması və güvən duyması üçün zamana ehtiyacı vardır. Həqiqidir, boş xəyallara bel bağlamaz. Qısa davamlı həyəcanlar arxasında qaçmaq yerinə uzun davamlı möhkəm əlaqələri seçər. Məsuliyyət sahibi, mehriban, isti qanlı, yumor anlayışı olan kişilərdən xoşlanar. Birdən alınan qərarlardan, son anda edilən planlardan xoşlanmaz. Onu bir yerə dəvət etmək istəyirsinizsə bunu ən az bir həftə əvvəldən etməniz lazımdır. Qarşı qoya bilməyəcəyi təklif: „Bir il sonra evlənmək istəyərsən?"
DOLÇA
Mühafizəkar və qısqancsınızmı? O zaman bu qadına yaxınlaşmayın zatən siz də onu uzaqtan belə görsəniz qeyri-mümkün olduğunu anlarsınız. Çünki Sutökən qadını xarici görünüşü ilə belə mühafizəkar insanları əziyyətdən çıxarda bilər. Romantizm ən son müraciət etməniz lazım olan silah olmalıdır. Romantik bir aşiqdən çox, macəra sevər bir yoldaşla birlikdə olmağı seçər. Onu əldə etmənin tək yolu yoldaşlığını qazanmaqdır Sürprizlərə hazırlıqlı olmanız lazımdır. Çünki harada, nə vaxt, nə edəcəyini bilmək çətindir. Çox tez aşiq olar və çox tez bezə bilər. Bu qısa müddətdə dostluğunu qazana bilsəniz uzun müddət sizinlə birlikdə olar. Qarşı qoya bilməyəcəyi təklif: „Nə vaxt istəsən mənə zəng vur
BALIQLAR
Onu əldə etmək üçün ən pis gününüzdə yanına gedin. Dərhal özünüzü yaxşı hiss etməniz üçün əlindən gələni etməyə başlar. Balıqlar qadını üçün kömək etmək, aşiq olmaq deməkdir. Etdiyiniz səhvləri bağışlayar.Amma ona kobudluq etsəniz; üzünüzə gülməyə davam edərkən yavaş yavaş uzaqlaşar və siz necə olduğunu anlamadan həyatınızdan çəkilib gedər. Bu ayrılıq sonrası ağlayıb kədərlənəcəyini ümid etsəniz yanılarsınız, çünki yaddaşı çox güclü deyil..