azia.az
azia.az

Layihələrin idarə edilməsinə dair yeni dövlət standartları qəbul edilib

23-02-2022, 20:28

Layihələrin idarə edilməsinə dair yeni dövlət standartları qəbul edilib
Ölkədə layihələrin keyfiyyətli və səmərəli idarə olunmasının təmin edilməsi məqsədilə AZS ISO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar” və AZS ISO 21502:2022 “Layihə, proqram və portfelin idarəedilməsi. Layihənin idarə edilməsinə dair təlimat” yeni dövlət standartları qəbul edilib.
“PMO.az” şirkəti tərəfindən təqdim edilən yeni standart layihələri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni standartlar dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlara, eləcə də mürəkkəbliyindən və müddətindən asılı olmayaraq istənilən layihə, proqram və portfelə şamil edilir. Bu standartların ölkədə tətbiqi beynəlxalq idarəetmə prinsiplərinə əsaslanan effektiv idarəçiliyin təşkilində faydalı olacaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi