azia.az
azia.az

Ramiz Zeynalov təqaüdə göndərilir? – RƏSMİ AÇIQLAMA

22-02-2022, 14:47

Ramiz Zeynalov təqaüdə göndərilir? – RƏSMİ AÇIQLAMA
Fevralın 19-u Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun 71yaşı tamam olub.

1951-ci il fevralın 19-da anadan olan R.Zeynalov 1994-cü ilin avqust ayından etibarən adıçəkilən idarənin rəisidir. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə əsasən polis general-mayoru ali rütbəsi daşıyan şəxslər 60 yaşına qədər xidmət edə bilərlər. Bu Əsasnamə ilə nəzərdə tutulan hallar istisna olmaqla, xidmətin yaş həddinə çatmış əməkdaşlar daxili işlər orqanlarından xaric edilirlər. Xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan kiçik (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir), orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən artırıla bilər.

Əsasnaməyə görə yaşı 70-ə çatmış ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbəsi olan şəxslər xidmətdən azad edilirlər. Lakin keçən il Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun xidmət müddəti bir il artılırmışdı. Həmin müddət bitdiyi üçün onun təqaüdə göndəriləcəyi istisna edilmir.

Məsələ ilə bağlı DİN-nin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Manset.az-a açıqlamasında bunları deyib:

“Ramiz Zeynalovun təqaüdə göndərilməsi cənab nazirin səlahiyyətindədir. Cənab nazir necə məqsədəmüvafiq biləcəksə, elə də ediləcək. Bilmirəm, hazırda belə qərar görməmişəm.”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi