azia.az
azia.az

Sürücülərin əsəblərinin tarıma çəkildiyi Yevlax yolu — VİDEO

21-02-2022, 10:24

Sürücülərin əsəblərinin tarıma çəkildiyi Yevlax yolu — VİDEO
Yevlax ərazisində bir neçə yerdə düz xəttin uzun məsafədə olması sürücülərə sərf etmir. Onlar bildirirlər ki, ötmə əməliyyatı edə bilmədiklərindən lazımi yerə çatmaqda gecikirlər. Baş Dövlət Yol Polisi Idarəsindən məsələyə aydınlıq gətirilib.

Yolda uzun məsafəli düz xətt sürüclər üçün narahatlıq yaradır. Bu, həmin yolda hərəkət edənlərin mənzil başına vaxtında çatmalarına təsir edir.

Sözügedən yol Yevlax ərazisindədir. Sürücülər bildirir ki, düz xətt Yevlaxın Xaldan qəsəbəsinə yaxınlaşdıqca daha da artır.

Eyni vəziyyət Yevlax ərazisində daha bir yolda da çətinlik yardır. Sürücülər Xaldan qəsəbəsindən Yevlax istiqamətində, Quşçu kəndinə qədər aşağı sürətdə hərəkət edən yük maşınlarının arxasıyca getməli olurlar.

Sürücülər üçün çətinlik yaradan yolda yaranan problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin ərazilərdə yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün düz xətt verilib. Həmin hissələrdə ötmə əməliyyatları qəzalara səbəb olur. Ona görə xəttlər orada olması doğrudur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi