Şahin Şıxlınski üzr istədi - 4 gün vaxt verildi - Həbs olunanlar(YENİLƏNİB)
Yekaterinburqda ana və qızının döyülməsində iştirak edən Azərbaycan vətəndaşının kimliyi məlum olub. Həmin şəxs əslən Masallı rayonunun Sığdaş kəndindən olan Röyal Qasımovdur. O, Ural Dəmiryolları Texnikumunda təhsil alır..
32gun.az xəbər verir ki, R. Qasımov hazırda həbs edilib.
***
13:47
“Üzr istəyirik. Azərbaycanlıların mentalitetində qadınlara xüsusi münasibət var. Qadına hörmət etməyən azərbaycanlı, azərbaycanlı deyil. Bizi belə tərbiyə ediblər, bu, bizim mənəvi dəyərlərimizdi”.
Lent.az-ın məlumatına görə, bu sözləri Rusiya KİV-ə Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun lideri Şahin Şıxlınski bildirib.
Yekaterinburq şəhər Sortirovka rayonunda bir qrup gənc yerli sakinləri, ana və onun qızını döyüblər. Nəticədə hər ikisi ağır xəsarət alıb. Onlara hücum edənlərdən biri isə azərbaycanlı tələbə olub.
Şıxlınski bildirib ki, artıq həmin azərbaycanlı tələbənin dayısıyla söhbət aparıb. Həm özü, həm də dayısı həmin ailədən üzr istəyiblər “Eləcə də biz diaspora olaraq zərər çəkən ana və qızına hər cür mənəvi və maddi dəstəyi verməyə hazırıq”.
Diaspora lider onu da qeyd edib ki, vilayətdə yaşayan bütün azərbaycanlı gənclərlə profilaktik iş aparılacaq.
Bu arada vilayətin qubernatoru Yevgeni Kuyvaşev qadınlara hücum edənləri “bandit dəstəsi” adlandırıb. O, hökumət üzvlərinə tapşırıq verib ki, diaspora rəhbərləri ilə təcili görüşlər keçirsinlər. “Biz belə hallara qarşı sərt olacağıq. Dörd gün vaxt verirəm. Tədbir görün və mənə məlumat verin” deyə, o bildirib.