Tahir Kərimi ölüm hədələrinə əjdaha ilə cavab verdi - VİDEO
Sosial şəbəkələrdə deputat Tahir Kərimlinin videosu yayılıb.
Azia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüntülərdə deputatın emosional çıxışı diqqət çəkib.
Videoda millət vəkili oyuncaq əjdaha ilə çıxışına başlayır, sonradan oyuncağı kənara qoyaraq, nitqinə davam edir.
Tahir Kərimli çıxışında onu ölümlə hədələyənlərə səslənib. O bildirib ki, bunu edənlər heç nəyə nail olmayacaq:
"Ey məni ölümlə hədələyən oğlan, sən məni öldürməklə adi bir adam aradan götürəcəksən. Amma mənim yerimə minlərlə oğullar yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq".
Həmin görüntüləri təqdim edirik: