azia.az
azia.az

Həbsdə olan Vüqar Səfərlidən xəbər var

15-02-2022, 14:34

Həbsdə olan Vüqar Səfərlidən xəbər var
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birgə ittiham olunan Nadir Məmmədov, Şahin İbrahimov və Telman Tahirovun barələrində olan hökmdən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Azia.az "Unikal" a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərlinin vəkili Hikmət Əliyev vəsatət qaldıraraq məhkəmə baxışının qismən istintaqla keçirilməsini istəyib.

Məhkəmə vəsatətə qarşıdakı iclaslarda baxıla biləcəyini bildirib.

Baxış iclası martın 1-ə təyin olunub.

Xatırladaq ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

Saxlanılanlar şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən, Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi