azia.az
azia.az

Fevralın 1-dək yazılan cərimələrin silinməsi təklif edildi

15-02-2022, 14:24

Fevralın 1-dək yazılan cərimələrin silinməsi təklif edildi
Azərbaycanda bu ilin fevralın 1-dək tətbiq edilən bütün cərimələrin silinməsi təklif olunur.

Bu təkliflə deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
“Hökumət əməkhaqqını, pensiyanı az artıranda biz sual edirik ki, niyə bu qədər artırdınız? Onlar isə deyirlər dövlətin gücü buna çatır. Amma cərimələr 300-400 % artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? İnsanların da bu cərimələri ödəməyə gücü çatmır axı. Xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin”, - deputat əlavə edib.///report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi