Ədliyyə Nazirliyinin idarə rəisinə “Award For Partnership To End TB” mükafatı təqdim edildi - FOTOLAR
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Rafael Mehdiyev ilə Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının üzvləri arasında görüş keçirilib
QHT.az xəbər verir ki,görüş zamanı idarə rəisi Rafael Mehdiyev Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin fəaliyyəti ilə bağlı məlumat verib. Rafael Mehdiyev eyni zamanda koalisiyasının fəaliyyətini yaxından izlədiyin qeyd edib.
Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının sədri, Sağlamlığa Xidmət İctimai Birliyinin rəhbəri Elçin Muxtarlı koalisiya üzvlərini qəbul etdiyi üçün təşəkkürünü bildirib.
Elçin Muxtarlı qeyd edib ki, Vərəm Üzrə Avropa Koalisiyası Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramı (TB REP 2) çərçivəsində 10 ölkənin 21 dövlət qurumu nümayəndəsini vərəmə son qoyulması sahəsində çoxsahəli tərəfdaşlığın inkişafına verdiyi mühüm töhfəyə və vərəm sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları və icmalarla əməkdaşlığa açıq olduğuna görə “Award For Partnership To End TB” / "Vərəmə son qoymaq üçün tərəfdaş mükafatı" ilə təltif edib.
Vərəm Üzrə Avropa Koalisiyasının qərarına görə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev də “Award For Partnership To End TB” / " Vərəmə son qoymaq üçün tərəfdaş mükafatı"na layiq görülüb.
Koalisiya sədri Vərəm Üzrə Avropa Koalisiyası adından mükafatı Rafael Mehdiyevə təqdim edib.
Rafael Mehdiyev fəaliyyətinə verdiyi qiymətə görə Vərəm Üzrə Avropa Koalisiyasına və Vərəm Əleyhinə QHT koalisiyasına öz təşəkkürünü bildirib.
Görüş müzakirələr ilə davam edib.