Rusiyaya gedən azərbaycanlıların diqqətinə: bu işlər qadağan edilir
Rusiyanın Kaluqa vilayətinin hakimiyyət orqanları miqrantlara taksi, çatdırılma və ictimai iaşədə işləməyi qadağan edib.
Azia.az “lenta”ya istinadən xəbər verir ki, Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa miqrantların işləyə biləcəyi əraziləri məhdudlaşdıran fərman imzalayıb.
Fevralın 11-də Rusiya vilayətinin hakimiyyət orqanlarının rəsmi portalında məlumat verilib.
Yeni sənədə əsasən, əcnəbi vətəndaşlara pərakəndə ticarət və ictimai iaşə sahəsində işləmək, o cümlədən məhsul çatdırmaq və barlarda işləmək qadağan edilib. Həmçinin miqrantlara ictimai nəqliyyatda, o cümlədən taksilərdə və işə qəbul agentliklərində işləmək qadağandır.