Hər gün limonlu su içsəniz nə baş verər? - Diyetoloq AÇIQLADI
Hər gün limonlu su içsəniz nə baş verər? - Diyetoloq AÇIQLADI
"Limonlu su virus xəstəlikləri ilə mübarizədə kömək edir, kollagenin sintezində, dəmir, sink və digər mineralların udulmasında iştirak edir".
Bunu diyetoloq Natalya Kunskaya bildirib .
O, həmçinin qeyd edib ki, limon suyu mədədə xlorid turşusunun əmələ gəlməsinə və normal həzm üçün zəruri olan öd ifrazına kömək edir.
"Limonlu suyu yeməkdən 30 dəqiqə əvvəl və gündə iki-üç stəkandan çox olmayaraq içmək məsləhətdir. Limonlu suyu acqarına içmək olmaz, günə bir-iki stəkan qatqısız təmiz su ilə başlamaq yaxşıdır. Yemək sonra içməyin. Bu, yeməyin həzmini ləngidir. Yemək bolusunu yumşaltmaq üçün bir neçə qurtum icazə verilir", - deyə mütəxəssis bildirib.