“Pfizer” keçən il milyardlarla dollar gəlir əldə etdi
"Pfizer Inc.” əczaçılıq şirkətinin xalis mənfəəti 2021-ci ilin yekununa görə 2,4 dəfə artaraq 21,979 milyard ABŞ dollarına çatıb. Bu barədə korporasiyasının maliyyə hesabatında deyilir.![]()
Eyni zamanda, hesabat ilində "Pfizer”in gəliri iki dəfə artaraq 81,288 milyard ABŞ dolları təşkil edib.
Sırf peyvənd satışından əldə edilən gəlir isə 2021-ci ildə 13,914 milyard ABŞ dolları təşkil edib. 2020-ci ildə bu rəqəm cəmi 2 milyard dollara bərabər idi.
Ötən ilin dördüncü rübünün nəticələrinə görə, şirkət 3,393 milyard ABŞ dolları xalis mənfəət əldə edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Səhm üzrə qazanc 0,59 ABŞ dollarına bərabər olub.
"Pfizer”in rüblük gəliri isə iki dəfə artaraq 23,838 milyard ABŞ dollarına çatıb.