Daha bir deputat vətəndaşla ÜZ-ÜZƏ... - NARAZILIQ!
Müştəri Aygün Nəcəfova “Kontakt Home”dan şikayətçidir. TİA. Az xəbər verir ki, müştəri dekabrda qabyuyan alıb.” Amma yaxşı qurutmurdu və maşının içində, qabların üzərində su qalırdı.Servisə aparıldı və nəticəyə gəldilər ki, qabyuyanın içində su qalmağı normal haldır, heç bir nasazlığı yoxdur. Mən anlamıram ki, qabyuyanın içində su qalması, səbətlərinin üstündən su tökülməsi necə normal haldır.
Bu bir yana servisə aparılarkən qutuda paketlənmiş, sənədləri,aksesuarları ilə birgə,zədəsiz yeni halda aparılıb. Hər bir nöqtəsinə diqqətlə baxılıb aparılıb, amma gətirdiklərində zədəli ,bərbad halda, qutusu, sənədsiz gətiriblər. Təhvil verib getdikdən sonra diqqətlə baxmışam ki ekranında çat, qapının aşağısı kəsik, arxasında deşiklər, böyründə cızıqlar, sürtünmələr var. Kontaktın ustası gəlib baxıb deyir ki ekrandakı çat elə belə şeydi, kəsik zavoddan olan şeydi, maşının işləməyinə heç bir problem yaratmır. Siz təhvil alanda baxardı.
Deməli mən bu qədər pul verib bunların səhvi ucbatından zədəli maşın işlətməliyəm.1 ayın qabyuyanını zədələyib gətiriblər. İndi də müştərini səhv çıxarırlar”.
AZIA.AZ xatırladır ki, “Kontakt Home” şirkəti deputat Elnur Allahverdiyevə məxsusdur...
İddia olunanlarla baağlı dia.az olaraq bütün maraqlı tərəfkəri dinləməyə hazırıq...