azia.az
azia.az

"Dərman mafiyası karantinə icazə vermir" - Hafiz Hacıyev

7-02-2022, 18:12

"Dərman mafiyası karantinə icazə vermir" - Hafiz Hacıyev
“Cavanşir Feyziyev saxta dərmanlarla milyardlar qazandı. Londonda onun pulunu əlindən alıb başına da bir qapaz vurdular. Belə "banditlər", "juliklər" ölkəni talan edir. Koronavirusa aid olmayan dərmanları xahiş edib siyahıya salırlar ki, təki satılsın. Bütün bunlar Cavanşir kimi adamların varlanması üçün yaradılan şəraitdir".

Bu fikirləri Redaktor.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkəmizdə koronavirusa yoluxanların sürətlə artmasına baxmayaraq, heç bir tədbir görməməsinə münasibət bildirərkən deyib.

"Ona görə də vəziyyət belə davam edə bilməz. Bu biabırçılığa dözmək olmaz. Lazımi tədbirlər görülməlidir. Müəyyən maraqlı qüvvələr var ki, onlar ölkədə belə ümidsizlik sindiromu yaradırlar. Xalqın səhiyyə sisteminə inamı yoxdur. Təzə səhiyyə naziri görək nə iş görəcək. Ciddi proseslər gedir. Hər halda zaman hər şeyi göstərəcək. Dərman mafiyası məhz buna görə karantinə icazə vermir. Onlar vəziyyəti bu cür saxlamağa çalışır”, - deyə Hafiz Hacıyev bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi