Paşinyan Türkiyəyə səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edəcək, Antalya Diplomatiya Forumunda iştirak edəcək.
Xəbər verilir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib.
Fuat Oktayın sözlərinə görə, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq:
"Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın Baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək. Bir zamanlar Qarabağın işğalına görə ən çox əziyyət çəkən elə qəsbkar Ermənistan, bu ölkənin vətəndaşları olub. Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələr təyin olunub, qarşılıqlı müsbət mesajlar verilib. Rəsmi Ankara bu prosesin sürətlənməsini istəyir".My Webpage