azia.az
azia.az

Dini təyinatla bağlı yenilik

27-01-2022, 19:30

Dini təyinatla bağlı yenilik
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda "dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Komitə sədri Fəzail İbrahimli dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, layihəyə əsasən, qanunun 8-ci maddəsinin ikinci hissəsində “təşkilat məsələlərində” sözləri “dini məsələlərdə” sözləri ilə əvəz edilir, üçüncü hissəsinin birinci cümləsində “rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi” sözləri “din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilir, ikinci cümləsində isə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin” sözləri “Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin və mütəxəssislərin” sözləri ilə əvəz edilir, maddənin yeddinci hissəsi ləğv olunur.

Qanunun 9-1.4-cü maddəsinə təklif edilən dəyişikliyə görə, dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana 10 gün müddətində məlumat verilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi