azia.az
azia.az

Saxta alkoqollu içkilər aşkarlandı

24-01-2022, 19:35

Saxta alkoqollu içkilər aşkarlandı
Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən ticarət mərkəzində fiziki şəxs Vəliyev Orxan Fidail oğlunun istifadəsində olan satış bölməsində keçirilən yoxlama zamanı saxta spirtli içkilər aşkar edilib.

Anews.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, 198 ədəd yerli və xarici istehsalçı şirkətlərə məxsus müxtəlif adda ("Rusinka”, "Medovka”, "Antik”, "Qələbə”, "Forest”, "Karaki”, "Zolotoe Koltso”, "Taynik”, "Old Reserved”, "İti Qovan”, "Xan Crystal”, "Organic Line”, "Belovka”, "Bio Organic”, "Organic Natural”, "Freshlife”, "Organic new”, "Kremlin”, "Beluga”, "Nemiroff”, "Zerinoff”, "Guseinof”, "Vodka №1”, "Organic Vodka”, "Organic Sold”, "Banketnaya”, "Nastayaşaya”, "Arxangelsk”, "Mahal”, "Admiral”, "Sapphire”, "Oligarch”, "Storman”, "Organic Nation”, "Organic Naval”, "Zakaznaya”, "Alphine”, "Gusi”, "Organic Greeenfield”, "Kremlinka”, "Hello”) əmtəə nişanı altında hazırlanan saxta spirtli içkilər müsadirə olunaraq saxlanca verilib.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Araşdırmalar davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi