azia.az
azia.az

Agentlik sədrinə Təhsil Nazirliyində yeni vəzifə verildi

28-12-2021, 12:48

Agentlik sədrinə Təhsil Nazirliyində yeni vəzifə verildi
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov vəzifəsini azad edilib, Nazirlikdə yeni vəzifəyə təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı əmri Agentliyinin nizamnaməsinə əsasən Təhsil naziri Emin Əmrullayev imzalayıb.

Eldar Orucov, 2021-ci ilin dekabrından etibarən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışacaq.

E.Orucov 2021-ci ilin yanvarından Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdi.

Bundan öncə isə Təhsil Nazirliyində, "Kapital Bank” ASC-də, "Express Bank” ASC-də şöbə müdiri və audit meneceri vəzifələrində çalışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi