azia.az
azia.az

Əhməd Qəşəmoğlu: “Sosial şəbəkələr ailələri dağıdır yanaşması doğru deyil”

28-12-2021, 08:35


“Ailə dəyərlərinə təsir edən bir çox amillər var. Sosial şəbəkələr də bu vasitələrdən biridir”.
Əhməd Qəşəmoğlu: “Sosial şəbəkələr ailələri dağıdır yanaşması doğru deyil”
Bunu Demokrat.az-a açıqlamasında sosioloq-alim Əhməd Qəşəmoğlu deyib. Sosioloq sosial şəbəkələrə sadəcə dağıdıcı bir mənbə kimi baxmağın doğru olmadığını diqqətə çatdırıb:
“Sosial şəbəkələr bizim həyatımızın atributudur. İndi biz bu sosial şəbəkələrdən baxaq nə cürə istifadə edirik. Sosial şəbəkələrdən istifadə etmək mədəniyyəti deyilən bir termin var. Bu bizdə nə cür formalaşıb? Bu istiqamətdə əhali arasında nə cür maariflənmə gedir? Tədris müəssisələrində hansı işlər gedir? Bunları ötürmüşük başlı-başlına, yalnız sosial şəbəkələrin mənfi tərəfdən təsir etməsini tez-tez diqqət mərkəzinə gətiririk”.

Əhməd Qəşəmoğlu bildirib ki, sosial şəbəkələr ailə dəyərlərinə müsbət də, mənfi də təsir edə bilər:

“Baxır şəbəkələr nə cür fəaliyyətdədir və insanlar onlardan nə cür istifadə edir? Ona görə də, sadəcə olaraq birbaşa demək ki, sosial şəbəkələr ailə dağıdır, bu, düzgün yanaşma deyil. Bu nə deməkdir? Belə çıxır ki, sabah sosial şəbəkəni ləğv etməliyik? Əslində, biz çalışmalıyıq ki, müasir vəziyyətdə müasir imkanlardan, amillərdən istifadə edərək, ailənin əsas funksiyalarını yerində saxlayaq. Bu funksiyalar barədə mənim çoxlu məqalələrim, yazılarım var. “Ömrün uğurlu bünövrəsi” adlı kitabımın birinci fəslində ailənin əsas funksiyalarını göstərmişəm. Ümumiyyətlə, biz həmişə çalışmalıyıq ki, şərait dəyişəndə, mövcud şəraitdə, cəmiyyət mürəkkəbləşəndə bu amillərdən necə istifadə etməyi bilək ki, o funksiyalar da yerinə yetirilmiş olsun. Biz bu sahədəki fəaliyyəti başlı-başına buraxırıq və birbaşa deyirik ki, filan şey pis təsir elədi. Axı, biz filan şeyə qarşı filan şeyin yaxşı təsir etməsi üçün fəaliyyət göstərməmişik? Ona görə də, o, ailə dəyərlərinə pis təsir edə bilər”.

Aynurə Pənahqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi