azia.az
azia.az

Ət yeyənlərin damarları niyə tez tutulur? - SƏBƏB

26-12-2021, 18:10


Bioloqlar qırmızı və qızartma ət çox yeyənlənlərin daha çox aterosklerozdan- damar tıxanmasından əziyyət çəkdiyini bildirir. Onlar yeni elmi tədqiqatda bunu niyə baş verdiyini araşdırıb.
Ət yeyənlərin damarları niyə tez tutulur? - SƏBƏB
Xəbər verilir ki, Nature Microbiology dərgisində dərc edilən elmi məqalədə ət qidalarından bağırsaqda Emergencia timonensis bakteriyasının çoxaldığı bildirilir.

Bu bakteriyaların sintez etdiyi maddə, belə deyək bakteriya qalıqları damar divarlarında pıtraqlar yaradır.
Bu səbəbdən xolesterin də yüksəlir, damarların içində kalsiy yığılır və getdikcə damarlar daralır.

Klivlend klinikasının professorları ət qəbulu ilə ateroskleroz arasında əlaqəni sübut ediblər. Ət qidaları bağırsaq mikroflorasını dəyişir, orda zərərli bakteriyaları çoxaldır.


Belə ki, bu mikroflora ətdə olan faydalı maddələri udub, onları TMAO maddəsinə çevirir. Aterosklerozun əsas səbəbkarı isə məhz TMAO-dur.


Emergencia timonensis bakteriyaları TMAO mokelulu üçün əsas mənbədir. Ət xoşlayanların bağırsağında bu bakteriya daha çoxdur, nəinki veqanlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi