azia.az
azia.az

Jurnalistdən ÇAĞIRIŞ! – “Generalı ləkələməyə çalışırlar” – “Dur” deyək!

17-12-2021, 22:38

Ölkəmizdəki tanınmış insanları gözdən salmaq gələcəyə hesablanmış prosesin tərkib hissəsidir”
Jurnalistdən ÇAĞIRIŞ! – “Generalı ləkələməyə çalışırlar” – “Dur” deyək!
Ötən günlərdə KİV-lərdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı,general-leytenant Hikmət Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda hadisənin Saray qəsəbəsində yerləşən evdə baş verdiyi, mənzildən külli miqdarda oğurluq edildiyi bildirilib. Daxili İşlər Nazirliyinin(DİN) məsələni araşdırması nəticəsində məlum olub ki, hadisə generalın yox, yaxın qohumunun bağ evində yaşanıb. Bu haqda DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib:

"Oğurluğu törətmiş şəxslərin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir".

Əfsanəvi genaral-leytenant H.Mirzəyevin ikinci Qarabağ savaşında xalq tərəfindən necə böyük sevgi və hörmət qazanması hər kəsə məlumdur. Maraqlıdır, ona qarşı aparılan bu cür “qara piyar” kampaniyasının arxasında hansı niyyət dayanır?


Mövzunu “Sherg.az”a şərh edən Qarabağ qazisi, hərbi-jurnalist Rey Kərimoğlu bildirib ki, ölkəmizdəki tanınmış insanları gözdən salmaq gələcəyə hesablanmış prosesin tərkib hissəsidir:
Jurnalistdən ÇAĞIRIŞ! – “Generalı ləkələməyə çalışırlar” – “Dur” deyək!
“Bəzi qüvvələr belə nüfuzlu şəxslərin fikirlərinin cəmiyyətə az təsir etməsini istəyir. Bu məsələnin arxasında Azərbaycanı sevməyən, Qarabağın böyük bir hissəsini azad edən Azərbaycan ordusunun qələbəsini həzm edə bilməyən qüvvələr dayanır. Onlar erməni xislətlilər və onların havadarlarıdır”.

Hərbi-juranlist diqqətə çatdırıb ki, Hikmət Mirzəyev peşəkar hərbçi, vətən müharibəsi qəhrəmanı, ömrünü orduda keçirən ləyaqətli insandır:

“ Bəziləri qəsdən, bəziləri bilməyərəkdən onun adına kölgə salmağa çalışır.Təbii ki, buna yol vermək olmaz. Bu kimi halları dəyərli media nümayəndələri nəzərə almalıdırlar. Təəssüf ki, Azərbaycan mediasının ənənələri və qayda-qanunları artıq tənəzzülə uğradılıb”.

R.Kərimoğlu hazırda bəzi ailə tərbiyəsi, əxlaq dəyərləri olmayan insanların qəzet yaradıb, sayt idarə etdiyini vurğulayıb. Onun sözlərinə görə, indiki dövrdə belə adamların rəhbərlik etdiyi media orqanları Azərbaycana yeni bir media forması təqdim etməkdədir:

“Güya əldə edilən bütün bilgilər nə olur olsun mütləq xəbər kimi yayılmalıdır. Bu tip insanlar savadsız, xəbər anlayışını, onun mahiyyətini bilməyən adamlardır. Onların sayəsində bu gün Hikmət Mirzəyev kimi şəxslərə şər atılır. Belə məsələlər birdəfəlik aradan qaldırılmalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi