azia.az
azia.az

ETİ-nin “Elm tarixi və elmşünaslıq” jurnalı məhşur “İndex Copernus” beynəlxalq elmi nəşrlər bazasında qeydiyyata alınıb

17-12-2021, 21:08

ETİ-nin “Elm tarixi və elmşünaslıq” jurnalı məhşur “İndex Copernus” beynəlxalq elmi nəşrlər bazasında qeydiyyata alınıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalı beynəlxalq xülasələndirmə və indeksləşdirmə sistemlərindən biri olan “İndex Copernus”da qeydiyyata alınıb.
Dünyanın nüfuzlu elmi jurnallarını indeksləşdirən “İndex Copernus” təxminən 20 ildən bəri təqdim olunan dövri elmi nəşrləri qiymətləndirən beynəlxalq indeksləşdirmə məlumat bazasıdır və dünyada bu sahədə ilk yerlərdən birini tutur.
Qeyd edək ki, uğurlu elmi tədqiqatın əsas şərtlərindən biri də tədqiq edilən problem üzrə etibarlı beynəlxalq elmi mənbələrə çıxışdır və “İndex Copernus” bazası alimlərə bu şəraiti yaradır. Jurnalda məqalələr dərc edən alimlərin əsərləri ilə bütün dünya alimləri tanış ola biləcəklər.
Məlumat üçün bildirək ki, “Elm tarixi və elmşünaslıq" jurnalı bu bazada Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş azsaylı nəşrlərdən biridir və jurnal bundan öncə “Assos” , “ “Advanced Sciences Index”, “Academic Recourse Index” kimi beynəlxalq elmi nəşrlər bazalarında da qeydiyyatdan keçib.
Daha ətraflı məlumat üçün bu linkə https://journals.indexcopernicus.com/search/details?id=70116 müraciət edə bilərsiniz.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]

ETİ-nin “Elm tarixi və elmşünaslıq” jurnalı məhşur “İndex Copernus” beynəlxalq elmi nəşrlər bazasında qeydiyyata alınıb
ETİ-nin “Elm tarixi və elmşünaslıq” jurnalı məhşur “İndex Copernus” beynəlxalq elmi nəşrlər bazasında qeydiyyata alınıb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi