azia.az
azia.az

Qida zəhərlənmələri ilə bağlı dövlət qurumundan - XƏBƏRDARLIQ

14-12-2021, 08:55


Qida Təhlükəsizliyi Agentliyi qida zəhərlənmələrinə qarşı nələrə diqqət edilməli olduğu ilə bağlı əhaliyə müraciət edib.
Qida zəhərlənmələri ilə bağlı dövlət qurumundan - XƏBƏRDARLIQ
Azia.az Medicina.az-a istinadən xəbər verir ki, zəhərlənməmək üçün diqqət edilməli olan məqamlar aşağıdakılardır:

- İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək;

- Pasterizə olunmamış süd və süd məhsullarından istifadə etmək;

- Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istehlak etməmək;

- Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuduqdan sonra istehlak etmək;

- Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirmək;

- Yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını isə bir dəfədən çox isitməmək;

- Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi