azia.az
azia.az

Yol polisi ilə nömrəsiz maşın sürən qazinin söhbəti izlənmə rekordu qırdı - VİDEO

10-12-2021, 17:49

Yol polisi ilə nömrəsiz maşın sürən qazinin söhbəti izlənmə rekordu qırdı - VİDEO
Yol polisi ilə nömrəsiz maşın idarə edən qazinin dialoqu böyük maraqla qarşılanıb.

Azia.az xəbər verir ki, polis görüntülərdə mədəni şəkildə qaziyə bunun yolverilməz olduğunu deyir və maşına qeydiyyat nömrəsini taxmağı xahiş edir.

Qazi də bu iradı normal qəbul edir.

Həmin görüntülər sosial şəbəkələrdə təqdir toplayıb, hər kəs polisə nəzakətli davranışa görə təşəkkür edib.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrrul Xidməti Alayının Xüsusi Tağımının əməkdaşları qazilərlə proflaktiki söhbətlər aparır, onlara qanunun tələblərinə tabe olmağın vacibliyi bildirilir. Qeyd olunur ki, Vətən müharibəsi qazilərinə daim diqqət və qayğı var. Lakin avtomobili nömrəsiz idarə etmək yolverilməzdir.

Söhbət zamanı qazilər də bu hərəkətin səhv olduğunu anladıqlarını ifadə ediblər. Daha sonra dövlət nömrə nişanları avtomobillərin üzərinə vurulub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, bu cür qayda pozuntularına yol verməsinlər.

Videonu təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi