azia.az
azia.az

Mədədə qastritin 6 simptomu

1-12-2021, 09:07

Mədədə qastritin 6 simptomu
Qastrit - Azərbaycanda geniş yayılmış, mədənin iltihabi xəstəliyidir
Mədədə qastritin 6 simptomu
Çox adamlar onu yeməkdən sonra ağırlaşma və qıcqırma ilə səhv salaraq, həkimə getmir. Çoxları isə mədənin zondla yoxlanmasından çəkinib, ümumiyyətlə qastriti ciddi qəbul etmir.
Qastrit irsi, genetik ola bilir, acqalmadan, çox yeməkdən, zərərli qızarmış qidalardan, zərərli maddələrdən, siqaret, stress və içkidən yarana bilər.

Azia.az medicina.az-a istinadən qastritin erkən əlamətlərini təqdim edir:

- Qarında, bağırsaqlarda köpmə

Hər qida qəbulundan sonra qarın şişib köpürsə, bu qastritin ilk simptomu ola bilər.

- Yemək yeyəndə mədədə yanma hissi

Qastrit zamanı mədə-bağırsaqda çoxlu Helikobakteriyalar yaranır. Bu zaman mədənin turşu şirə ifrazı pozulur.

- Mədə, qarın nahiyədə ağrı

- B 12 vitamini və dəmir əsklikliyi

Mədədə qastrit olanda vitaminlərin sovrulması pozulur və avitaminoz yaranır

- Bir az yeyən kimi toxluq və mədədə ağırlıq hissi

- Çox ac qaldıqda mədədə qaşınma, ağrı, yanma hissi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi