azia.az
azia.az

Kəndin altından gələn səs sakinləri qorxuya saldı: Torpağı qazanda gördülər ki... - FOTOLAR

30-11-2021, 08:17

Kəndin altından gələn səs sakinləri qorxuya saldı: Torpağı qazanda gördülər ki... - FOTOLAR
Türkiyənin Şanlıurfa vilayətinin Bozova kəndində qəribə hadisə baş verib.

Xəbər verilir ki, torpağın altından gələn səs kənd sakinlərində həyəcan yaradıb.

Məlumata görə, ərazidə qazıntı işləri aparan sakinlər, üzləşdikləri mənzərə qarşısında heyrətə gəliblər. Onlar bir neçə gündür yoxa çıxan atın kanalizasiyada olduğunun şahidi olublar. Bildirilir ki, atın sərt həmlələri nəticəsində əmələ gələn səs kanalizasiya boşluğunda əks-səda doğurduğu üçün uzaq məsafədən eşidilib.
Kəndin altından gələn səs sakinləri qorxuya saldı: Torpağı qazanda gördülər ki... - FOTOLAR
Bildirilir ki, atın düşdüyü kanalizasiyanın ətrafı beton olduğu üçün atı çıxarmaq olduqca çətin olub. Sakinlər betonu dağıdaraq atın boşluqdan çıxmasına şərait yaradıb.

Baytarın müayinəsi zamanı atın normal olduğu məlum olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi