azia.az
azia.az

AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin açıqlaması

22-11-2021, 20:44

AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin açıqlaması
AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin açıqlaması

Son günlər bir sıra KİV-də Bakı şəhərində 90 AA 013 dövlət nömrə nişanlı avtomobilin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtobusların hərəkət zolağına çıxdığına dair məlumat yayılmışdı. Təəssüf ki, bəzi jurnalist həmkarlarımız baş verən hadisəni dəqiqliklə araşdırmadan, sözügedən avtomobilin guya AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə məxsus olan “Bakı Klinika”sının sahibi Aytən Quliyevaya aid olduğu haqqında əsası olmayan məlumatlar yayaraq ictimaiyyət arasında çaşqınlıq yaratmışlar.
İctimaiyyətin diqqətinə çatdırırıq ki, “Bakı Klinika”sının və həmin avtomobilin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə heç bir aidiyyatı yoxdur. Jurnalist həmkarlarımızı bir daha etik normalara riayət etməyə, əsassız, yoxlanılmamış məlumatlar yaymamağa çağırırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi