Körpə ikən anasını itirən şəhid...
![]()
Körpə ikən anasını itirən şəhid...
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan 7 hərbi qulluqçumuzdan biri də əsgər Murad Xəlilovdur.
Azia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 19 yaşlı şəhidimiz ailənin yeganə oğlan övladı olub. O, bacısı İlahə ilə birlikdə anasız böyüyüb.![]()
Belə ki, Muradın anası 22 yaşında dünyasını dəyişib. Bu zaman Murad Xəlilov 1 yaş 8 aylıq olub. Anasının vəfatından sonra şəhidimiz nənəsinin himayəsi altında böyüyüb.
Murad Xəlilov şəhid olmazdan təxminən 10 gün öncə məzuniyyətə gəlibmiş.
Qeyd edək ki, 2003-cü il təvəllüdlü şəhidimiz doğulduğu Şəmkirin Çinarlı qəsəbəsində torpağa tapşırılıb.