azia.az
azia.az

PEŞMAN OLDU: Azərbaycanlıları təhqir edən erməni gənci üzr istəməyə məcbur etdilər

18-11-2021, 13:02

PEŞMAN OLDU: Azərbaycanlıları təhqir edən erməni gənci üzr istəməyə məcbur etdilər
Rusiyanın Yekaterinburq şəhərində İşxan adlı erməni gənc azərbaycanlılardan üzr istəyib.

Azia.az xəbər verir ki, noyabrın 16-da sərhəddə baş verən münaqişə zamanı ermənilərin “internet qəhrəmanları”ndan İşxan adlı gənc TikTok-da canlı yayımda Azərbaycanın və Azərbaycan xalqının ünvanına ifrat dərəcədə iyrənc, təhqiramiz ifadələr, söyüşlər işlədib. Buna dözməyən Yekaterinburqda yaşayan azərbaycanlılar həmin gün onu taparaq, üzr istəməyə məcbur ediblər.
Artıq noyabrın 17-də Rusiyanın sosial şəbəkələrində erməninin üzr videosu yayılıb və hətta ruslar azərbaycanlılara haqq qazandırıb.

Qeyd edək ki, erməni gəncin canlı yayımdakı çıxışını etikadan kənar olduğu üçün təqdim etmirik.

PEŞMAN OLDU: Azərbaycanlıları təhqir edən erməni gənci üzr istəməyə məcbur etdilər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi