azia.az
azia.az

Ali Attestasiya Komissiyası sabiq deputatın adını saytından sildi - FOTOFAKT

11-11-2021, 08:28

Ali Attestasiya Komissiyası sabiq deputatın adını saytından sildi - FOTOFAKT
Ali Attestasiya Komissiyasının (AAK) rəsmi saytında kobud səhvə yol verilib.

KONKRET.az-ın araşdırmasına görə, saytda AAK-ın ilk sədri, sabiq deputat Rauf İsmayılovun adı qeyd edilməyib. Saytın “Komissiya haqqında” bölməsinin “Ümumi məlumat” yarımbölməsində belə yazılıb: “Fəaliyyəti dövründə Komissiyaya texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Azad Mirzəcanzadə (1992–2002), fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Arif Mehdiyev (2002–2016) rəhbərlik etmişlər. 2018-ci ildən Komissiyaya iqtisad elmləri doktoru, professor Famil Mustafayev rəhbərlik edir”.

Qeyd edək ki, Rauf İsmayılov 1992-ci ildə AAK-ın ilk sədri olub. 1992-1995-ci illərdə isə Milli Məclisin Elm, təhsil, din və mədəniyyət məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışıb. Respublikada elmin və xalq təhsilinin inkişafında, yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib. Sabiq deputat 2019-cu ildə vəfat edib.
Ali Attestasiya Komissiyası sabiq deputatın adını saytından sildi - FOTOFAKT
Ali Attestasiya Komissiyası sabiq deputatın adını saytından sildi - FOTOFAKT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi