azia.az
azia.az

Azercell-dən yeni “010” nömrələri – “Qaliblərin seçimi!”

10-11-2021, 23:09



Bu xüsusi buraxılışı lider mobil operator Zəfər bayramımıza həsr edir
Azercell-dən yeni “010” nömrələri – “Qaliblərin seçimi!”

İstifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “010” prefiksli (şəbəkə kodlu) nömrələr, “Azercell Telekom” tərəfindən Azərbaycanın mobil rabitə bazarına təqdim edilir.
Şirkətin rəqəmsal siyasətinə uyğun olaraq, onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkün olacaq. Belə ki, ilk dəfə olaraq bu cür iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiks-li nömrəni seçib dərhal rəsmiləşdirə bilər. Həmin sayt üzərindən nömrə üçün onlayn ödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir. Həmin kodu 7 gün ərzində istənilən Azercell satış məntəqəsinə təqdim etməklə yeni nömrəni əldə etmək mümkündür.
Azercell-dən yeni “010” nömrələri – “Qaliblərin seçimi!”
Yeni nömrələrin təqdimatını Azercell şirkətinin prezidenti Zərinə Zeynalova belə şərh etdi: ““Qaliblərin seçimi!” şüarı ilə ifadə olunan “010” seriyalı nömrələrimiz Vətən müharibəsində qalibiyyətimizin ilk ildönümünə ithaf olunur. İlkin onlayn satış kanalının Azərbaycanın mobil rabitə bazarında daha geniş təqdimatı abunəçilərimiz üçün Azercell servislərini daha əlçatan və rahat edir, eyni zamanda bizə müştəri xidmətlərimizin səviyyəsini artırmağa şərait yaradır”.

Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında daha ətraflı məlumatı Azercell-in rəsmi veb-səhifəsindən (www.azercell.com) əldə etmək olar.

Azercell komandası “Qaliblərin seçimi” - “010” nömrələri ilə sizə daim ən sevincli və xoş xəbərlər almağı arzu edir.

Qələbə bayramımız mübarək!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi