Ara Fidanyan İstanbula nə məqsədlə gedir?
Ermənistanın baş naziri Nikol Paşinyan polis rəisinin müavinini Ara Fidanyanı İstanbula ezam edib.
“Sputnik Armeniya” xəbər verir ki, müvafiq məlumat hüquq-informasiya portalında dərc edilib.
Fidanyan noyabrın 21-dən 26-dək Türkiyədə olacaq. O, İnterpolun Baş Assambleyasının İstanbulda keçirilən 86-cı sessiyasında iştirak edəcək.