azia.az
azia.az

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! Maaş 350-dən 1700 AZN-dək

20-10-2021, 17:42

Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! Maaş 350-dən 1700 AZN-dək
Bu məqsədlə BAKU.WS Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə sorğu göndərib.

Sorğu zamanı hazırda vətəndaşlara müxtəlif məvacibli işlərin təklif edildiyi üzə çıxıb.

İş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.

Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir. Vakansiyalar üzrə minimum məvacib ölkə üzrə təyin olunan minimum əməkhaqqı məbləğindən - 350 manatdan 1700 manatadək dəyişir.

"Cəbrayıl, Zəngilan, Ağdam, Laçın, Şuşa və Xocavənd rayonları üzrə vakansiyalar Məşğulluq Alt Sisteminə yerləşdirilib. Vakansiyalar əsasən xidmət və tikinti sahəsi üzrədir.

Əmək haqqları 350-1700 AZN arasında dəyişir. İşğaldan azad olunmuş ərazilərdə işləmək istəyən vətəndaşlar Məşğulluq Alt Sisteminə daxil olaraq vakansiyalarla tanış ola bilər.

İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar öz əraziləri ürə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər", - deyə qurumdan bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi