azia.az
azia.az

“Kaş ki, mən ölərdim, o körpələr sağ qalardı” - VİDEO

17-10-2021, 10:01

Vətən müharibəsinin gedişində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.
“Kaş ki, mən ölərdim, o körpələr sağ qalardı” - VİDEO
“Qafqazinfo”nun məlumatına görə, 17 oktyabr gecəsinin canlı şahidlərindən biri də raket zərbəsi nəticəsində ailəsinin 5 üzvünü itirən Rövşən Əsgərovdur.

Həmin dəhşətli faciədə R.Əsgərovun atası Suliddin Əsgərov, qardaşı Bəxtiyar Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və R.Əsgərovun böyük bacısının 15 yaşlı qızı Nigar Əsgərova həlak olub.

Rövşən Əsgərovun özü dağıntılar arasından yüngül zədələrlə çıxarılsa da, anası ilə 15 yaşlı oğlu xəstəxanaya yerləşdirlmişdi.

Faciədən sonra əməkdaşlarımızla həmsöhbət olan R.Əsgərov o dəhşətli gecədən danışmışdı.

Həmin videoreportajı təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi