azia.az
azia.az

FİZİKA-RİYAZİYYAT VƏ TEX¬NİKA ELMLƏRİ BÖLMƏSİNİN ELMİ MÜƏSSİSƏLƏRİNDƏ “AZƏRBAYCAN RESPUBLİKASINDA 2022-2030-CU İLLƏR ÜZRƏ ELMİN DAYANIQLI İNKİŞAFI ÜZRƏ MİLLİ STRATEGİYA”YA TƏKLİFLƏR HAZIRLANIR

7-09-2021, 22:55


 FİZİKA-RİYAZİYYAT VƏ TEX¬NİKA ELMLƏRİ BÖLMƏSİNİN ELMİ MÜƏSSİSƏLƏRİNDƏ “AZƏRBAYCAN RESPUBLİKASINDA 2022-2030-CU İLLƏR ÜZRƏ ELMİN DAYANIQLI İNKİŞAFI ÜZRƏ MİLLİ STRATEGİYA”YA TƏKLİFLƏR HAZIRLANIR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex¬nika Elmləri Böl¬məsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında AMEA-nın vitse-prezidenti, aka¬demik Rasim Əliquliyev AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının və Rəyasət He¬yətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli stra¬tegi¬ya¬nın hazırlanması haqqında” müvafiq qərarlarının icrasından irə¬li gələn vəzifələrdən danışdı.
Aka¬demik qeyd etdi ki, tor¬paq¬larımızın erməni işğalından azad edilməsi, dağı¬dıl¬mış ərazi-lər¬də iri¬miqyaslı quruculuq işlərinə baş¬lanılması, ölkə¬miz¬də apa¬rı¬lan inno¬¬vativ islahatlar, biliklər iqti¬sa¬diy¬yatının formalaşması, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrası, IV sənaye inqi¬la¬bı¬nın Azərbaycanda Regional Mərkəzinin yara¬dıl¬ma¬sı, ener-ji təh¬lü¬¬¬kə¬sizliyinə dair layihələrin hə¬ya¬ta keçirilməsi, dünyanın qlobal çağırışları və di¬gər məsələ¬lər¬¬lə bağ¬lı Azərbaycan elminin, habelə FRTEB-in müəssisələrinin qarşısında ciddi, taleyüklü və¬zi¬fələr dayanır.
Alimin sözlərinə görə, həmin vəzifələrin həyata keçirilməsi Bölmənin elmi müəssisələrini öz kadr potensialını gücləndirmək, prioritet elmi istiqamətlərə diqqəti artırmaq, beynəlxalq elmi əlaqələri genişləndirmək və müasir elmi-texnoloji nailiyyətlərə əsaslanmaqla tədqiqatlar aparmağı zəruri edir.
Bölmənin Ümumi yığıncağı tərəfindən AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığın-ca¬ğı¬nın və Rəyasət Heyətinin 09 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə el¬min dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” qərarından irəli gələn və¬zi¬fə¬lərin Bölmənin elmi müəssisələrində geniş müzakirə olunması və təkliflərinin hazırlanaraq FRTEB-ə təqdim edilməsi barədə müvafiq qərarlar qəbul edildi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi