AĞIR İTKİ ÜZ VERDİ-Azərbaycanda nüfuzlu şəxs qəfildən dünyasını dəyişdi -FOTO
Xalq rəssamı, heykəltəraş Arif Qazıyev vəfat edib. Məlumata görə, heykəltəraş bu gün dünyasını dəyişib. Bu barədə öz “Facebook” səhifəsində Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov paylaşım edib. Qeyd edək ki, heykəltəraş Şamil Qazıyevin oğlu Arif Qazıyev 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olub. O, 27 may 2018-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülüb. Arif Qazıyev pedaqoji fəaliyyəti ilə məşğul olub. Onun əsərləri Azərbaycan və Rusiya muzeylərində, habelə ABŞ, Almaniya, Avstriya, Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.
A.Qazıyev Babək abidəsinin, Hüseyn Cavidin büstünün və bir çox əsərlərin müəllifidir.