azia.az
azia.az

“Nə infarktdan, nə sətəlcəmdən, nə də qarın ağrısından ölən var, dünyasını dəyişənlərin hamısı yalnız koronadan ölür”

2-09-2021, 19:49

“Nə infarktdan, nə sətəlcəmdən, nə də qarın ağrısından ölən var, dünyasını dəyişənlərin hamısı yalnız koronadan ölür”
Peyvənd olunmayan şəxs işləyə bilməz, yəni dövlət və özəl qurumda çalışıb dolanmaq üçün pul qazana bilməz.

Eyni zamanda təhsil də ala bilməz. Qalanları boş şeydi, ticarət mərkəzləri filan, amma əsas iki dəyər peyvənd olunmayanların əlindən alınır.

Biri işdir, biri təhsil.

Bunun nəyi könüllüdür, kimə lazımdır bu riyakarlıq? Niyə deyilmir peyvənd məcburidir, bu, daha səmimi olmazdımı?

Məhz elə səmimiyətin olmaması insanların etibarını kökündən qırır. Mən özüm peyvənd olundum, çünki işim elədir ki, bir çox yerlərdə görüşlərim olur və s.

Həm də, daxili ehtiyat da var, yaş artıq 60-dır, media xox gəlir, plüs tanışlar yoluxur, fikirləşdim ki, cəhənnəmə, vurum getsin.

Amma peyvənd vurdurmaq istəməyənləri də anlayıram, bu, normal prosesdir, təziq artıqca müqavimət də artır.

Çünki təbliqatda qeyri-müəyyənlik var, mətbuat müxtəlif xəbərlər yayır, biri deyir peyvəndin xeyiri yoxdur, prosta ölmürsən, biri deyir xeyiri var, sadəcə bundan yox, digərindən vurmaq lazımdır, biri deyir 6 aydan sonra 3-cü doza vurulacaq, sonra 4-si, ömür boyu filan, bla-bla-bla, beyin şişir oxuyanda.

Üstəlik peyvəndin gələcəkdə fəsadları haqda heç kim heç nə deyə bilmir, pafoslu çağırışlardan başqa inandırıcı rəylər yoxdur.

Bu isə anlaşılandır, belə nəticələr üçün illər lazımdır. Hələ mən İsveçlə Belorusiyanı demirəm, gözləri deşirlər öz təcrübələri ilə.

Bəs İsrail? Əhalinin 80%-nə zırradılar iynəni, özüdə peyvəndlərin ən qlamurnısını vurdular, i şto?

İndi xəstəlik və ölümün sayına görə zəbt ediblər birinci yerləri. Bəs onda niyə vururdular, sual çıxır ortaya?

İsveç heç bir ciddi karantin tədbirlərinə əl atmadı, top kimidilər, heç də panikaya düşən ölkələrdən fərqlənmir vəziyətləri.

Üstəlik tədqiqatlar aparıblar və məlum olub ki, peyvənd vurduranların xəstəliyə dözümü vurdurmayanlardan çox deyil.

Bunu İsveçin aparıcı epidemioloqu, həmin siyasətin müəllifi deyir, mən yox.

Eyni zamanda, insanlar baxırlar ki, xəstələnlərin çoxü bu azarı normal keçirir, mən qarışıq. Peyvənd vurduranların xəstələnməsi isə skepsisi daha da artırır.

Bəs digər xəstəliklər necə oldu? Əgər fikir vermisinizsə, dünyada və bizdə bütün xəstəliklər yox olub.

Nə infarktdan ölən var, nə xərçəngdən, nə sətəlcəmdən, nə də qarın ağrısından, dünyasını dəyişənlərin hamısı yalnız bundan ölür, adını də çəkmək istəmirəm xəstəliyin.

İnsanlar da qalırlar belə ki, kimə inanaq?

O gün bir tanışımla söhbət edirəm, deyir mənim bir sıra xroniki xəstəliklərim var, gedib həkimdən soruşuram ki, zəmanət verirsinizmi mən peyvənd vursam problem çıxmaz?

Həkim deyir yox, mən belə zəmanət verə bilmərəm. Bəs bu yetim neyləsin?

Ölkənin yarısı müxtəlif xəstəliklərdən əziyət çəkir, üstəlik iki ildir həmin xəstəlikləri müalicə edən yoxdur, hamının başı tac xəstəliyinə qarışıb.

Özüdə sizə deyim, peyvənd əlehinə olanları cahil, nadan adlandırmaq da düzgün deyil. Belələri istənilən düşərgələrdə var, özüm gördüm o gün.

Amma mən insanlar tanıyıram ki, savadlıdırlar, düşüncəlidırlər, həyatda uğur qazanıblar, sahələrində qabağcıldırlar, yüksək dərəcəli mütəxəssisdirlər, di gəl ki, peyvəndə qəti qarşıdırlar.

Məcburən vurdursalar da qarşıdırlar və az deyil belələri. Yəni kim vurdrumaq istəmir o tupoyun biridi yanaşması yanlışdır.

Sadəcə eyni şeyi deyə bilərəm - məcbur etmək asandır, inandırmaq çətin.

İki ilə yaxındır OQ özünün mətbuat xidmətini yarada bilmir, cəmiyətlə mütəmadi, fasiləsiz kommunikasiya qura bilmir, sadə suallara cavablar verilmir, niyə?

TƏBİB-i o qədər sağdan-soldan vururuq ki, qorxusundan səsini çıxarmır, brifinqdən brifinqə görürük üzlərini, bəs biz kiminlə danişaq?

O deyir mənlik deyil, bu deyir mənlik deyil, üçüncüsü deyir bizə dəymə, biz milli peyvənd icad edirik.

Xa-xa-xa, improtnını güclə vurdurursunuz, millini kim vuracaq?

Nə isə, bircə onu proqnozlaşdıra bilərəm ki, cəmiyətlə düzgün, bərabər şəkildə, insanlara hörmət edilərək ünsiyət qurulmasa, yenə də mübarizlər yekəxanalıq edərək sadə suallara cavab verməsələr, saxtakarlıq artacaq və heç bir həbslər bunun qabağını ala bilməyəcək.

Bir neçə il əvvəl təmtərahla qanun qəbul edildi ki, bağlı məkanlarda siqaret çəkmək olmaz, gedin ölkənin kafe-restoranlarını gəzin, bəzi istisnalarla yerlərin çoxunda fıs-sa-fıs siaret çəkilir, adam boğulur tüstüdən.

Bu pasport məsələsi də belə olacaq. Çünki nə hotel, nə restoran belə mübarizə metoduna dözə bilməyəcək.

Gərək pasportları yoxlamaq üçün əlavə işçi götürəsən, növbələr düzüləcək, axrıda müştəri tüpürüb ayrılacaq ki, da nu vas k çortu, heç gəlmərəm.

Baxarsınız, çox zaman çəkməz bu qaydalar ya ləğv olunacaq, ya da onlara əməl edilməyəcək, sadəcə aylıq haqq veriləcək ki, yoxlama gəlməsin.

Bəs nə etməli? Nə bilim. Bilsəydim gedib orda oturardım, mənə də bu mübarizədən bir villadan zaddan düşərdi.

Bütövlükdə isə müşahidə onu göstərir ki, dünyanı rahat buraxmaq istəmirlər beynalxalq mübarizlər, eynəkli efiop başda olmağla.

Yenə həmin söhbət başlayır, həmin vahimələr, növbəti dalğa, novbəti peyvənd, yenə vaxsey mıfseumröm filan.

Bu xəstəliyin ətrafında elə pullar fırlanır ki, amandı qoymayın.

Media qazanır, dərman buraxanlar qazanır, dərman satanlar qazanır, test keçirənlər qazanır, maska istehsal edənlər qazanır, mübarizə aparanlar asobı qazanır, cəriməsevərlər də öz yerində, əşşi hansı birini deyəsən.

Bəs uduzan kimdir?

Biz…


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi