AZƏRBAYCANLI NİYƏ ƏSİR DÜŞDÜ? MÜDAFİƏ NAZİRLİYİNİN AÇIQLAMASI QANE EDİRMİ? - EKSPERT RƏYLƏRİ
AZƏRBAYCANLI NİYƏ ƏSİR DÜŞDÜ? MÜDAFİƏ NAZİRLİYİNİN AÇIQLAMASI QANE EDİRMİ? - EKSPERT RƏYLƏRİ
Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir.
Ermənistan Təhlükəsizlik Xidməti xəbəri təsdiqləyərək, guya Cəmil Babayevin Ağdərə istiqamətində sərhədi pozduğunu iddia edir.
Azərbaycan tərəfindən hələ ki, heç bir açıqlama verilməmişdi.
Daha sonra Azərbaycan Müdafiə Nazirliyi açıqlama yaydı. Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, hərbçimiz Babayev Cəmil hospitalı özbaşına tərk edib. Buna görə də onun haqqında cinayət işi başlanıb, araşdırma aparılır. Müdafiə Nazirlyinin sonrakı cümləsində isə yazılır ki, “hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”.
Bu açıqlama və onun şəkli bir çox ictimai xadimi narahat edib.
Politoloq Elxan Şahinoğlu bildirib ki,:"Birinci cümlədə “araşdırılma aparılır” sözləriylə kifayətlənmək olardı, çünki bu bəyanatı düşmənlərimiz də oxuyacaq. “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazi” cümləsinə Xarici İşlər Nazirliyinin daima doğru işlətdiyi “müvəqqəti” sözü əlavə olunmalı idi. Ən başlıcası isə Müdafiə Nazirliyinin açıqlamasında hərbçimizin qeyd-şərtsiz geri qaytarılması tələb olunmalıydı. Azərbaycan hərbçisi hərbi hissəni qanunsuz tərk etsə də, cinayət törətməyib, öz ərazisində hərəkət edib, onu isə öz torpağında olduğuna görə separatçılar həbs ediblər. Əsl cinayət budur."
Siyasi analitik Turab Rzayev isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində öz mandatına uyğun olmayan işlərlə məşğul olmasına diqqət çəkib:" Sanki biz Ermənistan və Qarabağdakı erməni xuntası ilə deyil, Rusiya ilə üzbəüz dayanmışıq. Rusiya ona aid olmayan məsələlərlə məşğuldur. Xankəndində su kəsilir, Rusiya sülhməramlıları su daşıyırlar, silah anbarında partlayış baş verir, rus hərbçiləri alovu söndürməyə çalışırlar, telefon əlaqəsi kəsilir, rus əsgərləri mobil rabitə bərpa edirlər. Ermənilər Azərbaycan hərbçisinə hücum edir, cavab olaraq Azərbaycan öz suveren ərazisindən erməni təcavüzkarlarının keçməsinə icazə vermir. Bu dəfə də rusiyalı əsgərlər tökülüşürlər Gorus-Qafan yoluna, bizdən suveren ərazimizdən keçən və erməni quldurluğuna cavab olaraq bağladığımız yolu açmağı tələb edirlər. Bu birmənalı olaraq qəbuledilməzdir. Müdafiə nazirliyi bu məsələyə birdəfəlik aydınlıq gətirməlidir"