azia.az
azia.az

“Azərsu” ASC-də kadr siyasəti kim tərəfindən və necə həyata keçirilir?

26-08-2021, 15:17

“Azərsu” ASC-də kadr siyasəti kim tərəfindən və necə həyata keçirilir?
Xəbr verildiyi kimi, “Azərsu” ASC-də baş vermiş özbaşınalıqlarla bağlı Elman Məmmədov(Tikinti idarəsinin rəisinin birinci müavini) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaq başa çatmamış Elman Məmmədovun yerinə keçmiş Kənd Təsərrüfatı nazirinin sabiq müavini İlham Quliyev təyinat alıb. Qeyd edək ki, həmin vaxt heç bir səlahiyyəti olmayan Köçərli Həsənov tərəfindən sərəncam imzalanmış, haqqında söhbət açdığımız təyinat gerçəkləşdirilmişdir.
Bu səlahiyyətlərin Köçərli Həsənova kim tərəfindən verildiyi barədə növbəti araşdırmadan sonra məlumat verəcəyik.
Bəs İlham Quliyev kimdir?
O, uzun müddət Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb, əli korrupsiyaya bilaşdığına görə cənab Prezident tərəfindən işdən azad edilib.
Sual olunur:
Elman Məmmədov korrupsiyaya görə həbs olunubsa, korrupsiyaya görə işdən azad olunmuş digər şəxs, yəni İlham Quliyev onun yerinə necə təyinat alıb?
Demək ki, bir korrupsioneri digəri əvəz edir. Buradan belə görünür ki, “Azərsu”da əvvəlki korrupsiya halları hələ də qalır.
Belə çıxır ki, Köçərli Həsənov əvvəlki korrupsiya əməllərindən dərs almayıb, əksinə özünə o qədər arxayındır ki, istintaqı yekunlaşmamış bir şəxsin yerinə Kənd Təsərrüfatı Nazirliyini yerlə- yeksan edən İlham Quliyevi çox rahatlıqla, yəni, “dayı”sının xeyir-duası ilə işə qəbul edib.
Bu cür özbaşınalığa, qanunların aliliyini pozamağa Köçərli Həsənov necə özündə cürət tapa bilir?
Belə çıxır ki, “qanun şah deyil, şah qanundur, daha doğrusu şah Köçərlidir”
KİV-də yayılan məlumatlardan da görünür ki, “Azərsu” ASC-də kütləvi narazılıqlar baş alıb gedir. “Azərsu”nun bu korrupsionerlərdən xilas yolu Prezidentə müraciətdə görülür.
Bundan başqa “Azərsu”da açıq-aşkar”alver”ə start verildiyi bildirilir. Belə ki, su pullarının nəğdləşdirilməsi, sayğacların nəğd şəkildə satılması prosesi “mükəmməl” qaydada həyata keçirilir. Bu baxımdan daxil olan pul vəsaitləri ayrı-ayrı firmaların balansına köçürülməklə pulların əldə olunması reallaşdırılır. Bununla da vəsait asan yolla nəğdləşdirilərək özlərinin maraqlarına uyğun formada təyinatdan yayındırılır.
Güman edirik ki, bu faktlar hüquq –mühafizə orqanları və İqtisadiyyat Nazirliyi tərəfindən araşdırılacaq.
O zaman “şah Köçərlini” kimin bu cür “şah” etməsi üzə çıxa bilər.
Növbəti yazılarımızda axırıncı iki ayda Köçərli Həsənovun oğluna “Qalenvaqen” və “Range rover” markalı bahalı maşınları hansı pulla aldığı barədə məlumat verəcəyik.
azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi