azia.az
azia.az

Məcburetmə əməliyyatının ANONSU VERİLDİ - Qarabağdakı əsgərlər GERİ ÇAĞIRILIR...

12-08-2021, 03:21

Müdafiə Nazirliyinin bəyanatından Azərbaycanın yeni addımlara hazırlaşdığı nəticəsi çıxır.
Məcburetmə əməliyyatının ANONSU VERİLDİ - Qarabağdakı əsgərlər GERİ ÇAĞIRILIR...
Birincisi, Azərbaycan ilk dəfə 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilmədiyini – erməni qoşunların Qarabağdan çıxarılmadığını açıq şəkildə dilə gətirdi: istisna deyil ki, Lavrovun Bakıya zəngində bu məsələ müzakirə edilib və Moskvanın mövqeyi razılaşmalara uyğun olmayıb; Bakı razılaşmanın 4-cü bəndinin icrasını tələb edir;

İkincisi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində missiyasına adekvat fəaliyyət göstərmədiyi açıq şəkildə bəyan edilir;

Üçüncüsü, bu bəyanat yeni antiterror əməliyyatının anonsu hesab oluna bilər və əməliyyatın mümkün istiqamətləri də açıq şəkildə göstərilir: Muxtarkənd, Şuşakənd məntəqələri, Kəlbəcər və Laçın rayonlarının şərq istiqamətində yeni qurulan erməni postları;

Bəyanatda diqqətçəkən əsas məqamlardan biri Muxtarkənd, Şuşakənd məntəqələri, Kəlbəcər və Laçın rayonlarının şərq istiqamətində yeni erməni postlarının qurulmasına qarşı Azərbaycan Ordusunun adekvat tədbirlər gördüyü ilə bağlı qeyddir: erməni mənbələr dünən Muxtarkənd, Şuşakənd məntəqələri istiqamətində atəş səslərinin eşidildiyini iddia edirdi, istisna deyil ki, bu istiqamətdə separatçılara qarşı cavab tədbirləri görülüb; hərçənd, proses davam edəcək;

KTMT baş katibinin İrəvan səfəri, Lavrovun zəngi və baş verən son hadisələr sərhəddə və Qarabağda Bakının müəyyənləşdirdiyi gündəmdən kənar proseslərin getdiyini göstərir. Və bu antiterror əməliyyatının aktuallaşdırır: Bakı Rusiyaya cavab tədbirlərinə əl atacağına dair xəbərdarlıq edir: bu, masada erməni qoşunların çıxarılması tələbini gücləndirməyə hesablanıb; masada nail olunmasa, məcburetmə əməliyyatı mümkündür;

Kiçikçaplı əməliyyat niyə aktualdır?

1. Ermənistanda Qarabağdakı əsgərlərin geri çağırılması tələbini gücləndirmək:

- ötən ilin noyabr-dekabr ayında keçirilən antiterror əməliyyatında zamanı erməni terrorçular ələ keçiriləndən sonra Ermənistanda ailələr övladlarının Qarabağa göndərilməməsini, o cümlədən, Qarabağda qalan hərbçi yaxınlarının geri çağırılmasını tələb etdilər; nəticədə, Ermənistan Qarabağa çağırışçı göndərməyi dayandırdı;

- indi erməni əsgərlər müxtəlif yollarla yenidən Qarabağa göndərilir və mümkün əməliyyatla terrorçuların saxlanılması Ermənistanda etirazlara səbəb olacaq: həm valideynlər övladlarının göndərilməsinə qarşı çıxacaq, həm də Qarabağdakı əsgərlərin yaxınları onların geri çağırılmasını tələb edəcək;

2. 4-cü bəndin icrası:

- Rusiyaya 4-cü bəndin icra edilməyəcəyi təqdirdə, Azərbaycanın mövqeyini əyani şəkildə göstərmək;

- Qarabağda rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərin Azərbaycana məxsus olduğunu qəbul etdirmək;

3. Tərəflərə imkan yaratmaq:

- Erməni qoşunların çıxarılması Ermənistanda Paşinyan əleyhinə narazılığı, bununla yanaşı, Rusiyanın erməniləri müdafiə etmədiyi rəyini gücləndirəcək: Bakı əməliyyatla hər iki tərəfə mövqelərini əsaslandırmaq imkanı verir;

Bu açıqlama Bakının son xəbərdarlığı kimi görünür: tələblərə əməl edilməyəcəyi təqdirdə, heç bir addım atmamaq, rusların da, separatçıların da əlini gücləndirə bilər.

Asif Nərimanlı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi