Azərbaycanda xan qəbri tapıldı
![]()
Şəkidə Xan məscidində yeni qəbir tapılıb. Məlumata görə, yeni tapılan qəbirin Hüseyn xana aid olduğu deyilir. Şəki “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov Lent.az-a açıqlamasında faktı təsdiqləyib. O qeyd edib ki, Xan məscidi bir müddətdir təmirə bağlanıb: “Məsciddə aparılan arxeoloji qazıntılar zamanı orada yeni qəbir tapıldı. Tapılan qəbrin Hüseyn xana məxsus olduğu ehtimal edilir. Qəbir tam açıldıqdan sonra kimə məxsus olduğu dəqiq bilinəcək”.