azia.az
azia.az

Generalımız Moskvaya gedib! – “Qarabağın təhlükəsizliyində... ”

21-06-2021, 20:04


Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb. Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Generalımız Moskvaya gedib! – “Qarabağın təhlükəsizliyində... ”

Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Hərbi ekspert Ədalət Verdiyev sözügedən səfərin indiki məqamda ölkəmiz üçün əhəmiyyətini “Sherg.az”a dəyərləndirib.
Artıq 9-cu belə konfransın keçirildiyini deyən ekspert vurğulayıb ki, Azərbaycan Rusiya ilə həm regional, həm də qlobal təhlükəsizlik məsələlərinin müzakirəsində davamlı olaraq iştirak edir:

“Hesab edirəm ki, Qarabağda formalaşan yeni geosiyasi vəziyyət fonunda bu məsləhətləşmələrin regionda baş verən hadisələrə müsbət təsiri ola bilər. Bilirik ki, Rusiya həm Qarabağın təhlükəsizliyində sülhməramlılarının vasitəsilə iştirak edir, həm də bizimlə müxtəlif platformalarda əməkdaşlığı mövcuddur. Ən azından baş verən son proseslərə eyni baxış bucağının formalaşması üçün belə müzakirələrin aparılması faydalı ola bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi