azia.az
azia.az

Daha bir başçı HƏBS OLUNA BİLƏR... - İDDİA

25-05-2021, 21:25

Daha bir başçı HƏBS OLUNA BİLƏR... - İDDİA
Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahovun öz işçisini həbsdən xilas etməsi ilə bağlı mediada məlumat yayılıb.
Əsas mövzuya keçməzdən öncə görək, Elşən Salahov özü kimdir, nəçidir ?
Elşən Salahovun icra hakimiyyətinin rəsmi saytındakı tərcümeyi-halından bəlli olur ki, o, 2000-ci ildə Xəzər Universitetini bitirib. Hansı fakültəni, ixtisası nədir ? Bəlli deyil.
1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində əmək fəaliyətinə başlayıb.
Bu adam 2000-ci ildə ali məktəbi bitiribsə, 1999-cu ildə, yəni tələbə ola-ola necə Dövlət Komitəsində işləyə bilərdi ?
Söhbət kolxozdan getmir e, Dövlət Komitəsindən gedir.
Bəlkə Elşən Salahov həmən dövrdə, gənc tələbə ikən atası hacı Rövşənin “Abşeron” marketində işləyib ?
Nə isə bu adam sonra bankda, daha sonra Xəzər RİH-də təsərrüfat şöbəsinin müdiri olub.
Sentyabrın 5-i 2018-ci ildə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini olub və düz 5 ay sonra 05 fevral 2019-cu il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.
5-lərə fikir verdinizmi ? 5 sentyabr birinci müavin, 5 ay sonra yəni fevralda və ayın 5-də.
Deməli, Elşən Salahov icra başçısı olmaq üçün ancaq 5 qiymətlər alıb.
İndi isə keçək əsas mətləbə. Görək, artıq 2 ildir icra başçısı olan Elşən Salahov indi neçə alır ?
Birincisi, onu qeyd edək ki, Elşən Salahov Xəzərin keçmiş icra başçısı, rüşvətxorun yekəsi Gülağa İslamovun yanında “təcrübə” keçib, onun tökdüklərini yığışdırıb.
Xəzər rayonunda torpaqların qiyməti ən bahadır. Neçə ildir həmən rayonda fərdi ev, yaxud obyekt tikmək kimi gəlirli sahədən rayonun rəhbərliyi milyonlar qazanıb.
Bu gün də həmən al-ver davam edir. Yəni Elşən Salahov yaxasını qırağa çəkə bilməz.
Çünki bu ilin mart ayında Baş Prokuroluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməliyyat keçirib və icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Zeynalov cinayət başında yaxalanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən qandallanıb.
Cəmi 1 ay sonra aprelin sonunda məhkəmə qarşısına çıxarılan Tural Zeynalov 200 manat cərimə edilərək azadlığa buraxılıb.
Bəlkə icra başçısının Tural Zeynalovun cinayət əməlindən xəbəri olmayıb ?
Yayılan məlumatlardan bəlli olur ki, Tural Zeynalov sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alıb. Bundan başqa, Tural Zeynalov istintaq zamanı Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin "ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.
Onu da qeyd edək ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilib. O, qısa müddətdə "Audi-6”, "Niva” "Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Tural Zeynalovun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir. Bunlardan Elşən Salahovun xəbəri olmaya bilərdimi ? Deməli şərik olublar.
Bəli, deməli, Tural Zeynalov icra başçısını “baqaja” qoyub, daha doğrusu, hər şeyi açıb danışıb.
Və bundan qorxuya düşən icra başçısı Elşən Salahov qısa vaxtda Tural Zeynalovu həbsdən qurtarıb.
Neçəyə, hansı yolla, kimlərin hesabına ?
Bu artıq başqa bir yazının mövzusudur. //gundelik-baku.com//


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi