azia.az
azia.az

DİQQƏT; Bakı 17 fevralı gözləyir...

17-02-2021, 16:30

DİQQƏT; Bakı 17 fevralı gözləyir...

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq.

Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı ehtimalı var.

Maraqlıdır, Bakı qışa necə hazırlaşıb? Əgər qar yağarsa, ənənəvi problemlər özünü yenidən göstərəcək?

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamenti sanitariya və texniki təmizlik idarəsinin rəisi Mübariz Hüseynov açıqlamasında bildirib ki, artıq fevralın 17-də paytaxtda sulu qar, qar yağacağı məlumatı var:

"Hazırda texniki nəqliyyat vasitələri hazır vəziyyətdədir. Ayın 17-si axşamdan bütün maşınlara duz yüklənəcək. Duz yüklənən maşınlar şəhərin təyin olunmuş bütün nöqtələrində dayanacaq. Qar yağmağa başlayan kimi, həmin dəqiqədə paytaxt yollarına duz səpməyə başlayacağıq ki, səhər saatlarında artıq qar yolda ərimiş vəziyyətdə olacaq. Əgər qar gün ərzində yağsa, bu işi gün ərzində də mütəmadi olaraq davam etdirəcəyik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi