Azərbaycanın mobil rabitə operatoru tətbiqinə və saytına VPN-lə girişi dayandırıb
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" ("Nar" ticarət nişanı) "Nar+" tətbiqinə və nar.az saytına VPN-lə girişi dayandırıb.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, VPN-dən istifadə zamanı telefonda olan məlumatlar, müxtəlif proqramlara giriş üçün zəruri olunan şifrələr ələ keçirilə bilər.
"Bütün bunları nəzərə alaraq, istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək məqsədilə “Nar+” tətbiqinə və nar.az saytına VPN-lə giriş dayandırılır", - şirkətdən bildirilib.