Ceyhun Bayramov: "Ermənistanın təxribatı nəticəsində 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb”
“Ermənistan işğal etdiyi ərazilərdən davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, Ermənistanın dünəndən bəri həyata keçirdiyi təxribat nəticəsində 6 mülki şəxs həyatını itirib: “Son məlumatlara görə, 19 nəfər yaralanıb”.