Tülkü Bakıda evlərin birinə girərək balalayıb
Hadisə Suraxanı rayonu, Ramana qəsəbəsində Samir Əliyev küçəsində yerləşən evdə qeydə alınıb.
Evin sahibi İlham Quliyev açıqlamasında bildirib ki, evlərin zirzəmisinə girən tülkü orada 5 bala doğub.
“Axşamlar tülkü və balaları çölə çıxırlar. Gündüzlər isə yenidən zirzəmiyə girərək gizlənirlər.
İndi Bakı Zooparkı ilə əlaqə saxlayacağam ki, gəlib onları aparsınlar”, - deyə İlham Quliyev bildirib.// BAKU.WS